• USD 1.7
  • 19 °C
|

ATAA üzvləri üçün Serbiyaya tanışlıq səfəri təşkil olunub

5 Oktyabr 2026
img

ATAA üzvləri üçün Serbiyaya tanışlıq səfəri təşkil olunu

Serbiyanın Milli Turizm Təşkilatı və “Air Serbia” aviaşirkətinin təşkilatçılığı, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) dəstəyi ilə bir sıra ATAA üzvləri üçün Serbiya Respublikasına tanışlıq məqsədli infotur təşkil olunub.

İnfoturun keçirilməsində məqsəd ATAA üzvlərinin Serbiyanın turizm potensialı, əsas turizm məhsulları və xidmət imkanları ilə yaxından tanışlığının təmin edilməsi, eləcə də Azərbaycan və Serbiyanın turizm şirkətləri arasında yeni əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.

Səfər çərçivəsində ATAA üzvləri Serbiyanın mədəni-tarixi irsi, turizm marşrutları və ziyarətçilərə təqdim olunan müxtəlif xidmətlərlə tanış olublar. İştirakçılara ölkənin müxtəlif turizm istiqamətləri və Azərbaycan bazarı üçün maraq doğura biləcək turizm məhsulları barədə məlumat verilib.

İnfotur çərçivəsində, həmçinin “Air Serbia”nın birbaşa uçuşlar həyata keçirdiyi 15 ölkədən olan turizm şirkətləri ilə ATAA üzvləri arasında işgüzar görüşlər keçirilib. Görüşlər zamanı qarşılıqlı əməkdaşlıq imkanları, turizm məhsullarının təqdimatı, yeni tərəfdaşlıqların qurulması və turist mübadiləsinin artırılması istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, Azərbaycan turizm şirkətlərinin beynəlxalq tərəfdaşlarla birbaşa əlaqələrinin genişləndirilməsi, müxtəlif istiqamətlər üzrə birgə turizm məhsullarının hazırlanması və qarşılıqlı turist axınının artırılması imkanları nəzərdən keçirilib.