• USD 1.7
  • 13 °C
|

ATAA üzvləri “Odero” şirkətinin fəaliyyəti ilə tanış olublar

16 Aprel 2026
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və “Odero” şirkətinin birgə təşkilatçılığı ilə ATAA -nın gəlmə turizmi sahəsində fəaliyyət göstərən 20 üzv şirkətinin nümayəndəsi üçün işgüzar səhər yeməyi təşkil edilib.

Səhər yeməyi çərçivəsində ATAA üzvlərinə “Odero” şirkətinin təqdim etdiyi məhsul və xidmətlər, online ödəniş imkanları və üstünlükləri haqqında ətraflı məlumat verilib, üzv şirkətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və iş birliyi müzakirə olunub.

Qeyd edək ki, “Odero” e-ticarət zamanı məhsul və xidmət satışlarında fasiləsiz onlayn ödənişlər üçün fərqli ödəniş həlləri təklif edir.