Gürcüstanla Azərbaycan arasında turizm əlaqələri genişləndiriləcək

Photo

 

Oktyabrın 3-də Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə Gürcüstan Turizm Assosiasiyası arasında turizm sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Memorandumun əsas məqsədi iki qurum arasında turizm sahəsində əlaqələri inkişaf etdirmək, əməkdaşlığı möhkəmləndirmək və inkişaf etdirməkdir.

Eyni zamanda iki ölkənin maraqlarını əsas götürərək turizmin inkişafının güclü və effektiv təşviqini aparmaq, bu cür əməkdaşlığın ümumi maraqlara xidmət etməsinə və xalqların iqtisadi, mədəni, sosial inkişafının möhkəmlənməsinə töhfə verməkdir.

Son zamanlar Azərbaycana gələn əcnəbilər sırasında Gürcüstanın xüsusi aktivliyini vurğulayan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev bu ölkənin Azərbaycan turizmi üçün prioritet istiqamət olduğunu və imzalanan memorandumun bu regiondan Azərbaycana daha çox turistin cəlb edilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini deyib.

Hər iki assosiasiya bundan sonra da turizm sahəsində faydalı əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi üçün lazımı işlərin görüləcəyini bildirib.