• USD 1.7
  • 24 °C
|

Yeni ATAA üzvlərinə sertifikatlar təqdim olunub

23 May 2025
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının yeni üzvlərinə üzvlük sertifikatları təqdim olunub.

Tədbirdə iştirak edən ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov yeni üzvlərə Assosiasiyanın iş prinsipləri və ölkənin turizm sektorunun inkişafında oynadığı rolu, eləcə də üzvlərin fəaliyyətinin dəstəklənməsi istiqamətində atılan addımlar haqqında məlumat verib.

Görüş çərçivəsində ATAA sədri yeni üzvləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar və müvəffəqiyyətlər arzulayıb.