• USD 1.7
  • 31 °C
|

Getmə Turizm Komitəsi 2026-cı ilin fəaliyyət planı üzrə bir sıra məsələləri müzakirə edib

15 July 2026
img
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Getmə Turizm Komitəsi 2026-cı ilin fəaliyyət planı üzrə bir sıra məsələləri müzakirə edib.
Görüşdə komitənin 2026-cı il üzrə fəaliyyət planına daxil edilən prioritet istiqamətlər, sektorun mövcud vəziyyəti və qarşıda duran vəzifələr ətrafında geniş müzakirələr aparılıb.
İclas zamanı turoperatorlarla əməkdaşlığın daha da genişləndirilməsi, mövcud və yeni turizm istiqamətləri üzrə yeniliklərin ATAA üzvlərinə çatdırılması, həmçinin üzv şirkətlərin fəaliyyət zamanı qarşılaşdıqları çətinliklərin operativ şəkildə araşdırılması və həlli məqsədilə xüsusi işçi qrupunun yaradılması barədə qərar qəbul edilib.
Fəaliyyət planı çərçivəsində həmçinin viza mərkəzləri ilə silsilə görüşlərin təşkili, həmin qurumlara Assosiasiyanın fəaliyyəti barədə ətraflı məlumatın təqdim olunması və qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi də nəzərdə tutulur.
Bununla yanaşı, turizm sahəsində ixtisaslaşmış təhsil müəssisələrində tələbələrlə görüşlərin keçirilməsi, getmə turizmi istiqamətində gənc mütəxəssislərin sektora cəlb olunması və onların peşəkar inkişafına dəstək verilməsi fəaliyyət planının əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
İclasda həmçinin turizm şirkətləri ilə vətəndaşlar arasında bağlanan xidmət müqavilələrinin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsi, bu sahədə üzv şirkətlər üçün maarifləndirici tədbirlərin keçirilməsi məsələsi müzakirə olunub.
Görüşdə komitə üzvləri trəəfindən erkən rezervasiya kampaniyalarının üstünlükləri və prosedurları barədə ictimai məlumatlılığın artırılması məqsədilə maarifləndirici tədbirlərin təşkili, eləcə də “Açıq Qapı Günləri”nin keçirilməsi 2026-cı ilin əsas fəaliyyət istiqamətləri sırasına daxil edilib.