• USD 1.7
  • 22 °C
|

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının yeni üzvlərinə üzvlük sertifikatları təqdim olunub

8 September 2025
img
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) turizm sektorunda əməkdaşlıq imkanlarını genişləndirmək məqsədilə yeni üzvləri sırasına qəbul edib. Bununla əlaqədar olaraq təşkil olunan tədbirdə Assosiasiyaya yeni üzv olan şirkətlərə üzvlük sertifikatları təqdim olunub.
Tədbirdə çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov yeni üzvlərə Assosiasiyanın fəaliyyəti və ölkənin turizm sektorunun inkişafında oynadığı rolu haqqında məlumat verib.
ATAA sədri yeni üzvlərin assosiasiyanın fəaliyyətinə qoşulmasının ölkədə turizm xidmətlərinin keyfiyyətinin artırıılması və bazarda sağlam rəqabətin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, həmçinin assosiasiyanın üzv bazasının artmasının turizm şirkətləri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə və beynəlxalq tərəfdaşlarla birgə layihələrin reallaşdırılmasına zəmin yaradacağını vurğulayıb.
Göydəniz Qəhrmanov ATAA-nın bundan sonra da üzvlərin inkişafı, maraqlarının qorunması, həmçinin turizm bazarının raqabətə davamlı olması istiqamətində fəaliyyətini davam etdirəcəyini qeyd edib.
Tədbir çərçivəsində yeni üzvlərin fikir və təklifləri dinlənilib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda ATAA sədri yeni üzvləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar və müvəffəqiyyətlər arzulayıb.