• USD 1.7
  • 1 °C
|

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin toplantısı keçirilib

1 March 2023
img

 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının
İdarə Heyətinin toplantısı keçirilib.

Toplantıda İdarə Heyətinin üzvləri Assosiasiyanın gördüyü
işlər və həyata keçirdiyi görüşlər barəsində məlumatlandırılıb, eyni zamanda qurumun
gələcək planları haqqında fikir mübadiləsi aparılıb.

İclasda həmçinin üzv  şirkətlər üçün işğaldan azad olunan ərazilərə infoturların
təşkili, şirkətlər arasında etik davranış qaydalarına riayət edilməsi, eləcə də
hotellərlə əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri müzakirə
olunub.

Toplantı çərçivəsində quruma yeni üzvlər də seçilib.
Belə ki, Assosiasiyaya ünvanlanan müraciətlərə əsasən 16 şirkətin üzvlüyü qəbul
edilib və şirkətlərin ümumi   sayı 147-ə çatdırılıb.

Keçirilən görüşdə həmçinin qurumun nəzdində fəaliyyət
göstərəcək böyük təcrübəyə sahib olan turizmçilərdən ibarət Turizm Veteranları Komitəsi
də  yaradılıb.

Yeni
üzvlərin siyahısı:

       
Tek
Travel and Tourism

       
Selena
Tour

       
BF
Travel and Tourism

       
AG
Travel

       
Monte
Napoleone Travel

       
Tour
Expert and Travel

       
Librety
Azerbaijan

       
Zeyn
Travel

       
Ra
Miles Travel

       
Hi
Travel

       
Amazon
Travel Club

       
SunTour
Azerbaijan

       
Premium
Travel

       
Yusi
Ko Travel

       
Orbit
Group

       
Sulh
Travel

Turizm
Veteranları Komitəsinin üzvləri

       
Müzəffər
Ağakərimov

       
Abbasqulu
Məmmədov

       
Fuad
Rəsulov

       
Aleksandr
Quliyev

       
Əlixan
Mürvətov