• USD 1.7
  • 2 °C
|

ATAA və “Flynas” hava yolları şirkəti əməkdaşlıq əlaqələrini müzakirə edib

21 December 2022
img

Turizm
əlaqələrinin inkişafı və qarşılıqlı əməkdaşlıq imkanları dekabrın 20-də Azərbaycan
Turizm Agentlikləri Assosiasiyasının İdara Heyətinin sədri Göydəniz Qəhrəmanovla
Səudiyyə Ərəbistanının “Flynas” hava yolları şirkətinin beynəlxalq satış üzrə
vitse-prezidenti Abdulilah Aleidi arasında keçirilən görüşdə müzakirə olunub.

Müzakirələr
zamanı iki ölkə arasında birbaşa uçuşların sayının və turist cəlbediciliyinin
artırılması, birgə iş birliyinin yaradılması, eləcə də tanıtım məqsədli
infoturların təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş
çərçivəsində həmçinin Səudiyyə Ərəbistanının Həc və Ümrə ziyarəti üzrə
vitse-prezident Ziyad Sahatla və  “Flynas” şirkətinin regional meneceri Mehmet
Kürşad Çaymaz arasında da dini səfərlərin təşkili, kommunikasiya və tərəfdaşlıq əlaqələrinin
gücləndirilməsi, eləcə də üzv şirkətlərlə biznes fəaliyyətinin qurulması məsələləri
müzakirə olunub.