• USD 1.7
  • 12 °C
|

ATAA və Air Astana iş birliyinin genişləndirilməsi imkanlarını müzakirə ediblər

4 December 2025
img
ATAA ilə Mərkəzi Asiyanın aparıcı aviaşirkətlərindən biri olan Air Astana Hava Yolları arasında iş birliyinin genişləndirilməsi və tərəfdaşlıq imkanlarının dərinləşdirilməsi məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Air Astana Hava Yollarının regional meneceri Timur Salimov ilə baş tutan görüşdə müzakirə olunub.
Görüş zamanı ATAA ilə Air Astana arasında turizm əlaqələrinin inkişafı fonunda mövcud əməkdaşlığın hazırkı vəziyyəti, 2025-ci il üzrə bu əməkdaşlıq nəticəsində əldə olunan nailiyyətlər, qarşılıqlı turist səfərlərində müşahidə olunan dinamika, o cümlədən turist cəlbediciliyinin artırılması yönündə bazar tələblərinə uyğun istiqamətlərin formalaşdırılması, ATAA üzvləri ilə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi, yeni imkanların yaradılması və xüsusi kampaniyaların hazırlanması ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə həçminin Air Astana tərəfindən təyyarə parkının genişləndirilməsi və yenilənməsi,modern təyyarılırin alınması istiqamətində həyata keçirilən işlər barədə məlumat verilib və bunun uçuş şəbəkəsinin artırılmasına, tranzit imkanlarının genişlənməsinə və xidmət keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərəcəyi vurğulanıb.
Bununla yanaşı müzakirələr zamanı Çin və Tailand bazarı üzrə aktivliyin artırılması istiqamətində iş birliyinin genişləndirilməsi və mövcud imkanlardan səmərəli istifadə olunması məsələsi xüsusi qeyd olunub.
Görüşün sonunda ATAA və Air Astana Hava Yolları arasında əməkdaşlığın daha da gücləndirilməsinə və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fayda verə biləcək işlərin davam etdirilməsinə dair razılıq əldə olunub.