• USD 1.7
  • 27 °C
|

ATAA üzvləri üçün “Şamaxı Green Village Hotel”ə tanışlıq səfəri təşkil olunub

26 June 2026
img

ATAA üzvləri üçün “Şamaxı Green Village Hotel”ə tanışlıq səfəri təşkil olunu

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) və Premier Groupun birgə təşəbbüsü ilə Assosiasiya üzvləri üçün “Şamaxı Green Village Hotel”ə tanışlıq səfəri təşkil edilib.

Səfər çərçivəsində ATAA nümayəndələrinə hotelin infrastrukturu, yerləşmə potensialı, istirahət və əyləncə xidmətləri, eləcə də korporativ və ailəvi istirahət üçün təqdim olunan imkanlar haqqında məlumat verilib.

Bununla yanaşı ATAA üzvləri hotelin müxtəlif kateqoriyalı otaqlarına, restoran və tədbir məkanlarına, istirahət zonalarına baxış keçirərək təqdim olunan xidmətlərlə yaxından tanış olublar.

Tanışlıq səfəri çərçivəsində ATAA nümayəndələri ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, iş birliyi imkanları müzakirə olunub.

Qeyd edək ki, bu cür tanışlıq səfərləri turizm agentliklərinin regionlarda fəaliyyət göstərən yerləşdirmə müəssisələrini daha yaxından tanımasına, turistlərə daha dolğun məlumatın ötürülməsinə, eyni zamanda ölkədaxili turizmin inkişafına və bölgələrin turizm potensialının daha geniş auditoriyaya çatdırılmasına mühüm töhfə vermək məqsədi daşıyır.