
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və “Premier Group” hotellər şəbəkəsinin birgə təşəbbüsü ilə gəlmə turizmi ilə məşğul olan 21 ATAA nümayəndəsi üçün “Shirvanshah Hotel”də yerləşən Natavan restoranında işgüzar səhər yeməyi təşkil olunub.
Səhər yeməyi çərçivəsində “Premier Group”a daxil olan hotellər haqqında təqdimat nümayiş olunub, ATAA üzvləri ilə mövcud və gələcək əməkdaşlıq imkanları müzakirə edilib, həmçinin xidmət standartları, yeniliklər, şəbəkəyə daxil olan obyektlərin üstünlükləri haqqında ətraflı məlumat verilib.
Bununla yanaşı ATAA nümayəndələri ilə qrup rezervasiyalarına dair xüsusi qiymət təklifləri müzakirə olunub.