• USD 1.7
  • 13 °C
|

ATAA üzv şirkətlər üçün “Açıq qapı” günü keçirib

15 April 2025
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası üzv şirkətlər üçün “Açıq qapı” günü təşkil edib. Görüşdə 50-ə yaxın ATAA nümayəndəsi iştirak edib.

Görüş zamanı Assosiasiyanın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov tədbir iştirakçılarını Assosiasiyanın fəaliyyəti, son illər ATAA tərəfindən həyata keçirilən işlər barədə ətraflı məlumat verib, şirkətlərin çətinliklərini, fikir və təkliflərini dinləyib, interaktiv müzakirələr apararaq öz tövsiyyələrini bölüşüb.

Tədbir çərçivəsində üzvləri maraqlandıran bir sıra məsələlər müzakirə olunub. Yay mövsümü ərəfəsində hava yolları, hotel sənayesi və nəqliyyat sektoru ilə əməkdaşlıq əlaqələrinin inkişafı, bu istiqamətdə mövcud çətinliklərin aradan qaldırılması, xidmət keyfiyyətinin dahada artırılması, bələdçilərlə iş birliyinin genişləndirilməsi, səfirliklərlə əməkdaşlıq imkanlarının artırılması və vizaların alınmasında yaşanan çətinliklərin aradan qaldırılması məsələləri müzakirə edilib.

Bununla yanaşı dünya üzrə xüsusi turist kateqoriyasına aid edilən yaşlı nəslin nümayəndələrini Azərbaycana turizm səfərlərinə cəlb etmək, müasir texnologiyalardan istifadə imkanlarını artırmaqla iş imkanlarının genişləndirilməsinə, eləcə də cəlbedici istiqamətlər üzrə çarter reyslərinin açılmasına dair fikir mübadiləsi aparılıb.

ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.

Tədbirin sonunda yeni üzvlərə ATAA sertifikatları təqdim olunub.