Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və Tailand Krallığının Turizm İdarəsinin Moskva ofisinin birgə təşkilatçılığı ilə ATAA üzvləri üçün məlumatlandırıcı görüş təşkil olunub.
Görüşdə ATAA-nın Getmə Turizm Komitəsinin və Tailand istiqaməti üzrə satışlar həyata keçirən 15-dən artıq üzvü iştirak edib.
Görüşün əsas məqsədi Tailandın turizm imkanları, turizm istiqamətləri və məhsulları, o cümlədən yeniliklər haqqında üzv şirkətləri məlumatlandırmaq, həmçinin əməkdaşlıq əlaqələrini və iş birliyinin genişləndirməsini müzakirə etməkdir.
Görüş zamanı Tailandın Turizm İdarəsinin nüməyəndələrinə ATAA-nın iş prinsipləri ölkə turizminin inkişafında rolu, üzv şirkətlərin, xüsusi ilə getmə turizmi ilə məşğul olan üzvlərin fəaliyyət istiqamətləri haqqında məlumat verilib. Müzakirələr çərçivəsində Tailandın miqrasiya məsələlərində tədbiq etdiyi yenilik üzv şirkətlərə nümayiş olunub. Belə ki, artıq Tailanda daxil olarkən qeydiyyat zamanı QR koddan istifadə nəzərədə tutulub ki, bu da miqrasiya məsələlərində vaxt itkisinin azaldılmasına dəstək olacaq.
Qeyd edək ki, hazırda Tailand Krallığına səfər etmək üçün viza müraciəti yalnız xüsusi onlayn platforma üzərindən həyata keçirilir.