• USD 1.7
  • 19 °C
|

ATAA sədri Getmə Turizm Komitəsinin üzvləri ilə görüşüb

3 June 2026
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Getmə Turizm Komitəsinin İdarə Heyəti tərəfindən təsdiq olunmuş yeni tərkibdə fəaliyyətə başlayan üzvləri ilə görüş keçirib.

Görüşdə ATAA sədri tərəfindən komitə üzvlərinə illik fəaliyyət plana əsasən görüləcək işlərə dair müvafiq tapşırıqlar və tövsiyyələr verilib, komitə tərəfindən qaldırılan bir sıra məsələlər müzakirə olunub, təkliflər dinlənilib, mövcud çətinliklərin həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb.

İclasda komitə üzvlərinin yekdil qərarı ilə Aidə Əliyeva Getmə Turizm Komitəsinin rəhbəri seçilib.