• USD 1.7
  • 16 °C
|

ATAA nümayəndələrinin “Sea Breeze Resort”a səfəri təşkil olunub

7 April 2026
img
“Sea Breeze Resort” və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü ilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nümayəndələri üçün tanışlıq məqsədli infotur təşkil olunub.
30-a yaxın ATAA üzvünün iştirak etdiyi infotur çərçivəsində “Sea Breeze Resort”da yaradılan müasir infrastruktur, kurortun qonaq qəbul etmə potensialı, xidmət sahələri, turistlər üçün yaradılan şərait haqqında geniş məlumat təqdim edilib, o cümlədən “The Grand Hall” və “The Grand Building” hotellərinin qonaqlama imkanları, otaq növləri nümayiş olunub.
Bununla yanaşı ATAA üzvləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və korporativ təkliflərin hazırlanması üçün iş birliyinin genişləndirilməsi müzakirə edilib.