• USD 1.7
  • 23 °C
|

ATAA nümayəndələri Uşaq Sığınacağı–Reinteqrasiya Mərkəzini ziyarət ediblər

5 June 2026
img
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov bir sıra Assosiasiya üzvləri ilə birlikdə “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı–Reinteqrasiya Mərkəzini ziyarət ediblər.
Görüş zamanı Mərkəzin direktoru Kəmalə Ağazadə ATAA nümayəndələrinə müəssisənin fəaliyyəti, həyata keçirilən sosial reabilitasiya proqramları, uşaqların təhsil və psixoloji dəstəklə təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Görüşdə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov uşaqların cəmiyyətə sağlam inteqrasiyasının, onların təhlükəsiz və firavan mühitdə böyüməsinin önəmli olduğunu bildirib.
Səfər zamanı ATAA nümayəndələri cəmiyyətin həssas təbəqəsindən olan uşaqlarla görüşüb, onları maraqlandıran məsələlər barəsində söhbət aparıb, istək və arzularını dinləyiblər.
Görüş çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri tərəfindən təşkil olunmuş müxtəlif hədiyyələr uşaqlara təqdim edilib.