Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri “Ümumdünya Autizm Maarifləndirmə ayı” çərçivəsində ilk inkluziv kafe olaraq xidmət göstərən “Kashalata” kafesini ziyarət ediblər.
Səfər zamanı ATAA üzvləri kafenin fəaliyyəti ilə yaxından tanış olub, onlara özünəməxsusluğu ilə seçilən məkan haqqında ətraflı məlumat verilib. Həmçinin ATAA nümayəndələri burada işləyən həssas qruplardan olan əməkdaşlarla görüş keçiriblər .
Qeyd edək ki, “Birgə və Sağlam” İctimai Birliyinin təşəbbüsü ilə yaradılan “Kaşalata” kafesi autizmli uşaqların və əlilliyi olan gənclərin inklüziv mühitdə məşğulluğunun dəstəklənməsi və onların cəmiyyətə inteqrasiyasının təşviqi məqsədini daşıyır.