• USD 1.7
  • 20 °C
|

ATAA nümayəndələri “Arena Apartments & Villas Quba” hoteli ilə tanış olublar

6 October 2025
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və “Arena Apartments & Villas Quba” hotelinin birgə təşəbbüsü ilə 20-ə yaxın ATAA nümayəndəsi üçün hotelə infotur təşkil olunub.

Səfərin məqsədi hotelin turizm potensialının qiymətləndirilməsi, ATAA üzvlərinin hotellə yaxından tanışlığının təmin olunması və yeni əməkdaşlıq imkanlarının genişləndirilməsidir.

Səfər zamanı ATAA nümayəndələrinə Arena Apartments & Villas Quba hotelinin yerləşmə imkanları, istirahət və əyləncə zonaları, eləcə də restoran və digər xidmət sahələri ilə bağlı ətraflı məlumat verilib, həmçinin qarşılıqlı əməkdaşlıq imkanları, mövsümi və qrup rezervasiyalarına dair xüsusi qiymət təklifləri müzakirə olunub.