Mayın 19-da Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının tabeliyində fəaliyyət göstərən Turizm Veteranları Komitəsinin növbəti iclası keçirilib.
İclasda cari ilin birinci rübündə ATAA-nın həyata keçirdiyi işlər haqqında Komitə üzvlərinə məlumat verilmiş, turizm sənayesinin inkişafı istiqamətində ictimai qurumun fəaliyyətinin genişləndirilməsi imkanları müzakirə olunmuşdur.
Görüş çərçivəsində turizm şirkətləri ilə hotellər və turizm bələdçiləri arasında iş birliyinin genişləndirilməsi, bu sahədə çatışmazlıqların aradan qaldırılması, yeni məhsulların yaradılması, ölkələrə səfərlərin və tanıtım məqsədli infoturların təşkili, eləcə də rəqabətə davamlı turizm xidmətlərinin göstərilməsi, yeni marşurutların hazırlanamsı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İclasda həmçinin daxili turizmin inkişafı, yay mövsümünə hazırlıq, bu istiqamətdə turizm şirkətlərinin üzləşdiyi problemlər və onların həlli yolları müzakirə olunub,təkliflər dinlənilib.