• USD 1.7
  • 26 °C
|

ATAA-nın nəzdində yeni fəaliyyətə başlayan Daxili Turizm Komitəsinin ilk iclası keçirilib

2 August 2026
img
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nəzdində yeni fəaliyyətə başlayan Daxili Turizm Komitəsinin ilk iclası keçirilib
Toplantıda komitənin 2026-cı il üzrə iş planı təsdiq olunub və fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
İclasda daxili turizmin ölkənin müxtəlif regionlarında mövcud potensialının daha da genişləndirilməsi, yerli turizm nümayəndələri ilə görüşlərin keçirilməsi, o cümlədən sektorda xidmət göstərən əməkdaşlar üçün seminar, təlim və vebinarların təşkili, regionlarda fəaliyyət göstərən turizm subyektlərinin peşəkar bilik və bacarıqlarının artırılması və qonaqlara göstərilən xidmətlərin daha da gücləndirilməsi istiqamətində fikir və təkliflər müzakirə olunub.
Bununla yanaşı daxili turizmin inkişafı istiqamətində dövlət qurumları, özəl sektor və peşəkar turizm nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsi, mütamadi olaraq görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması və maarifləndirmə tədbirlərinin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.