• USD 1.7
  • 14 °C
|

ATAA-nın İdarə Heyətinin növbəti iclası keçirilib

22 February 2025
img
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 2025-ci il üzrə iş planına uyğun olaraq İdarə Heyətinin növbəti iclası keçirilib.
İclasda İdarə Heyəti tərəfindən ATAA-nın 2025-ci il üçün nəzərdə tutulan prioritetləri müzakirə olunub, ölkə turizminin inkişafına, Assosiasiya üzvlərinin birgə fəaliyyətinin gücləndirilməsinə, sektorda yeniliklərin tətbiqinə, o cümlədən xidmət keyfiyyətinin artırırılmasına dair iş planı təsdiq edilib.
İclas zamanı cari ilin təsdiqlənmiş iş planına əsasən Dövlət Turizm Agentliyi və digər müvafiq dövlət qurumları ilə əməkdaşlığın genişləndirilməsi, daxili və xarici infoturların təşkili, ATAA-nın nəzdində fəaliyyət göstərən komitələrin və komissiyaların fəaliyyətinin daha da aktivləşdirilməsi müzakirə olunub.
Bununla yanaşı, ATAA üzvləri ilə əlaqələrin daha da gücləndirilməsi məqsədilə açıq qapı günlərinin, eləcə də turizm sektorunda çalışan mütəxəssislərlə görüşlərin keçirilməsi, sosial məsuliyyət layihələrinin, xeyriyyə aksiyalarının təşkil edilməsi, o cümlədən ekoloji təşəbbüslərə dəstək verilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İdarə Heyəti tərəfindən həmçinin turizm sahəsində insan resurslarının inkişaf etdirilməsi üçün təhsil müəssisələri ilə işbirliyinin genişləndirilməsi və ATAA üzvləri üçün innovativ layihələrin tətbiqi müzakirə olunub.
Görüş çərçivəsində ATAA-ya üzvlüklə bağlı ünvanlanan müraciətlərə baxılıb və yeni üzvlər qəbul edilib.