• USD 1.7
  • 14 °C
|

ATAA-nın İdarə Heyətinin geniştərkibli iclası keçirilib

19 March 2026
img
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin 2026-cı ilin ilk rübündə görülən işlər və təşkil olunan tədbirlərlə bağlı geniştərkibli iclası baş tutub.
ATAA-nın İdarə Heyəti sədrinin iştirakı ilə keçirilən iclasda komitə və komissiya rəhbərləri iştirak ediblər.
Toplantı çərçivəsində struktur bölmələri tərəfindən həyata keçirilən fəaliyyətlərə dair rüblük hesabatlar təqdim olunub, cari fəaliyyət planına uyğun qarşıdakı dövr üçün nəzərdə tutulan təşəbbüslər barədə ətraflı məlumat verilib.
Müzakirələr zamanı ATAA-nın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə komitə və komissiyalara İdarə Heyəti tərəfindən bir sıra tövsüyyələr verilib.
İclasda həmçinin Assosiasiya üzvlərinin sayının artması ilə əlaqədar olaraq iş prinsipinin tənzimlənməsi və müvafiq yanaşmanın qəbul olunması müzakirə olunub.
Eyni zamanda, üzvlərin sayında müşahidə olunan artım fonunda fəaliyyət modelinin təkmilləşdirilməsi, üzvlər arasında koordinasiyanın gücləndirilməsi və yeni yanaşmaların tətbiqi məsələləri diqqət mərkəzində olub.
İclasın yekununda İdarə Heyəti ilə komitə və komissiya rəhbərlərinin birgə görüşlərinin hər rüb təşkil edilməsi qərara alınıb.