• USD 1.7
|

ATAA-nın Getmə Turizm Komitəsinin yeni tərkibdə ilk iclası keçirilib

25 June 2026
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Getmə Turizm Komitəsinin yeni tərkibdə ilk iclası keçirilib.

İclasda tur operator və tur agent münasibətlərində yaşanan mövcud problemlər və onların sistemli və davamlı həlli yollarının tapılması, dempinq hallarına qarşı nəzarətin gücləndirilməsi və bu cür vəziyyətlərə qarşı mübarizə aparmaq üçün hüquqi mexanizmlərin hazırlanması, tur operator və tur agent arasında sağlam qiymət siyasətinin formalaşdırılması, həmçinin turagentlərlə turistlər arasında müqavilələrin bağlanması, yerli və xarici aviaşirkətlər tərəfindən daha ucuz aviabiletlərin turizm bazarına çıxarılması, geniş məhsul çeşidi bazarının yaradılması və inkişaf etdirilməsi müzakirə olunub.

Bununla yanaşı tur agentlik daxilində rezervasiyaların yaradılması prosesinə şirkət rəhbərləri tərəfindən nəzarətin gücləndirilməsi, tur agent və tur operator arasında yeni əməkdaşlıq üçün VÖEN, bank hesabı və ofisin mövcudluğunun əsas şərt olaraq nəzərə alınması, Getmə Turizmi Komitəsinin fəaliyyətinin gücləndirilməsi, daxili iş qaydaları və illik iş planını əhatə edən digər məsələr ətrafında fikir mübadiləsia aprılıb.

İclasda yaşanan problemlər, üzvlər tərəfindən irəli sürülən təkliflər və rəylərlə bağlı məlumatların [email protected] e-mail ünvanı vasitəsilə bildirilməsi qeyd olunub.