• USD 1.7
  • 18 °C
|

ATAA-nın Getmə Turizm Komitəsinin növbəti iclası keçirilib

20 November 2026
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Getmə Turizm Komitəsinin növbəti iclası keçirilib. İclasda getmə turizm sahəsində qış mövsümünə hazırlıq, turoperatorlarla iş birliyinin gücləndirilməsi, şirkətlərin satış dinamikası və bu istiqamətdə onların qarşılaşdıqları çətinliklər və həlli yolları ilə bağlı təkliflər müzakirə olunub.

Görüş zamanı getmə turizmdə mövcud bazarlar üzrə məhsulların daha effektiv tanıdılması və satışların stimullaşdırılması yolları nəzərdən keçirilib, bununla bağlı yerli və xarici turoperatorlarla əməkdaşlığın genişləndirilməsi, birgə satış və təşviqat imkanlarından istifadə olunmasının vacibliyi qeyd edilib.

İclasda həmçinin, 2027-ci ilin fəaliyyət planına əsasən getmə turizmdə prioritet bazarlar üzrə yeni istiqamətlərin araşdırılması, turizm bazarındakı dəyişikliklərin qiymətləndirilməsi və alternativ təkliflərin hazırlanması ətrafında fikir mübadiləsi aparılıb.