• USD 1.7
  • 20 °C
|

ATAA-nın Getmə Turizm Komitəsinin iclası keçirilib

25 September 2025
img
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Getmə Turizm Komitəsinin növbəti toplantısı keçirilib.
Görüşdə turizm sektorunda mövcud vəziyyət, getmə turizm sahəsində qarşıya çıxan çətinliklər və yeni imkanlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
İclas zamanı komitənin struktur və tərkibinin yenilənməsi, üzvlərin sayının artırılması və fəaliyyətinin daha da səmərəli təşkil olunması, hava yolları ilə əməkdaşlığın genişləndirilməsi, o cümlədən reyslərin tez-tez dəyişdirilməsi və ya ləğvi, bort dəyişiklikləri və məlumatlandırmada meydana çıxan gecikmələrlə bağlı problemlər müzakirə olunub.
Bundan başqa iclasda Tayland vizasının alınması prosesində şirkətlərin yol verdiyi xətaların qarşısının alınması üçün müraciətin düzgün formalaşdırılması barədə təlimat verilib.
Toplantı zamanı, həmçinin GDS turlarda hotel təsdiqlərinin gecikməsi səbəbindən aviabiletlərin qiymətlərinin artması və prosesin düzgün nizamlanmaması müzakirə edilib.
Bundan əlavə, toplantıda Polşaya birbaşa reyslərin artırılması, Tayland istiqamətinə bir başa uçuşların nəzərdən keçirilməsi və Malayziyada tanıtım fəaliyyətinin genişləndirilməsi müzakirə edilib.
İclasın yekununda komitə üzvləri qarşıdakı dövrdə həm mövcud problemlərin həlli, həm də yeni bazar imkanlarının dəyərləndirilməsi üçün birlikdə daha intensiv iş aparılmasının vacibliyini vurğulayıblar.