Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Gəlmə Turizm Komitəsinin 2025-ci ilin fəaliyyət planına uyğun olaraq ilk iclası keçirilib.
Görüşdə cari ildə görülməsi nəzərdə tutulan işlər barədə fikirlər səsləndirilib və təkliflər dinlənilib, eyni zamanda ölkədə fəaliyət göstərən hotellərlə əməkdaşlıq əlaqələrinin inkişafı, mövcud tərəfdaşlarla əlaqələrin genişləndirilməsi, gəlmə turizm sahəsində üzv agentliklərin üzləşdiyi çətinliklər və həlli yolları müzakirə olunub.
Görüşdə üzvlərin beynəlxalq sərgilərdə iştirakı, həmçinin hədəf ölkələrdən turist cəlb ediciliyinin artırırılması istigamətində görüləcək işlər haqqında fikir müdadiləsi aparılıb.
İclasda İdarə Heyətinin sədri və üzvləri iştirak edib.