• USD 1.7
  • 27 °C
|

ATAA-nın Avialogistika Komitəsinin yeni tərkibdə iclası keçirilib

11 June 2026
img

Yerli və xarici hava yolları, o cümlədən logistika şirkətləri ilə iş birliyinin genişləndirilməsi məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla ATAA-nın Avialogistika Komitəsinin yeni tərkibdə fəliyyətə başlayan üzvləri arasında təşkil olunan görüş zamanı müzakirə olunub.

Müzakirlər zamanı hava yolları vasitəsi ilə ölkəyə turist axınının artırırılması, yeni səmərəli istiqamətlərin araşdırılması, xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin inkişafı, yeni hava yolları ilə əməkdaşlıq əlaqələrinin qurulması ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin ölkənin gəlmə turizm potensialının genişləndirilməsinin, yerli turistlər üçün aviabiletlərin daha sərfəli olması üçün təkliflərin hazırlanmasının və göstərilən turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsinin vacibliyi diqqətə çatdırılıb.

İclasda komitə üzvlərinin yekdil qərarı ilə Fərhad Tahirli Avialogistika Komitəsinin rəhbəri seçilib.

İclasın yekununda komitə üzvləri tərəfindən bir sıra fikirlər və təkliflər səsləndirilib, qarşıdakı dövr üçün fəaliyyət planı müzakirə olunub, bu istiqamətdə İdarə Heyətinin sədri tərəfindən müvafiq tövsiyə və tapşırıqlar verilib.