• USD 1.7
  • 2 °C
|

ATAA ilə Yaponiyanın turizm agentlikləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

15 December 2022
img

Dövlət Turizm Agentliyinin sədri Fuad
Nağıyevin  başçılıq etdiyi nümayəndə heyətinin  tərkibində Yaponiyada işgüzar səfərdə olan Azərbaycan
Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri və bir sıra nümayəndələri
iki ölkənin turizm təşkilatları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi  və qarşılıqlı əlaqələrin inkişafı məsələlərinin
müzakirəsi ilə bağlı bir sıra görüşlər keçiriblər.

Aparılan görüşlərdə Azərbaycan Turizm Agentlikləri
Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz 
Qəhrəmanov Yaponiyanın turizm şirkətlərinə və turoperatorlara ATAA – nın
fəaliyyət istiqamətləri, üzvləri, Azərbaycanın turizm potensialı və turizm məhsulları
haqqında məlumat verib.

Görüş çərçivəsində həmçinin yerli turoperatorlar və
turagentlər arasında qarşılıqlı turizm məhsullarının təşviqi, təcrübə mübadiləsinin
aparılması, tanıtım məqsədli birgə infoturların təşkili, eləcə də turizm
agentlikləri və turoperatorlar  arasında
kommunikasiya əlaqələrinin  gücləndirilməsi,
turist cəlbediciliynin artırılması  məsələləri
ətrafında da fikir mübadiləsi aparılıb.