• USD 1.7
  • 9 °C
|

ATAA ilə Meksikanın turizm perspektivləri müzakirə olunub

2 February 2026
img
Meksikanın turizm assosiasiyaları ilə əməkdaşlıq perspektivləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero və konsulu Aristeo Gonzales Guereyro arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.
Görüş zamanı ATAA ilə Meksikanın turizm assosiasiyalarının üzvüləri arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, iki ölkənin turizm potensialının daha geniş tanıdılması və tərəfdaşlıq imkanlarının genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aprılıb.
Görüşdə çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Assosiasiyanın fəaliyyəti haqqında ətraflı məlumat verib. O, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ölkədə fəaliyyət göstərən turizm agentliklərini birləşdirən önəmli platforma olduğunu, üzvlərin maraqlarının qorunması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın turizm potensialının xarici bazarlarda tanıdılması istiqamətində ardıcıl işlər həyata keçirdiyini diqqətə çatdırıb.
Göydəniz Qəhrəmanov ATAA-nın beynəlxalq tərəfdaşlarla əməkdaşlığa xüsusi önəm verdiyini və bu formatlı görüşlərin iki ölkənin turizm nümaiyəndələrinin daha yaxından tanınmasına və praktik əməkdaşlıq mexanizmlərinin formalaşmasına töhfə verəcəyini bildirilib.
Meksika səfiri Mariya Viktoriya Romero Kabalyero öz növbəsində ölkəsinin Azərbaycanla turizm sahəsində əməkdaşlığın inkişafına böyük maraq göstərdiyini, qarşılıqlı əlaqələrin gələcəkdə yeni birgə layihələrə yol açacağını vurğulayıb.
Müzakirələr çərçivəsində Assosiasiyalar arasında B2B formatında görüşlərin keçirilməsi, turist cəlbediciliyinin artırılması məqsədilə tanışlıq səfərlərinin təşkili, qarşılıqlı turistik səfərlərin sayının artırılması məsələləri müzakirə olunub.