• USD 1.7
  • 23 °C
|

ATAA üzvləri Lənkəran və Astara rayonlarının turizm potensialı ilə tanış olublar

13 October 2026
img

Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə Lənkəran və Astara rayonlarına Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün tanışlıq səfəri təşkil olunub.

İki gün davam edən səfərdə ATAA-nın 50 nümayəndəsi iştirak edib.

Səfərin məqsədi yerli turizm sənayesi nümayəndələrini bölgənin fərqli turizm imkanları ilə yerində tanış etmək, yeni səyahət marşrutları və turizm məhsullarının inkişafı üçün perspektivləri dəyərləndirmək olub.

Proqram çərçivəsində ATAA üzvləri yerli turizm məkanlarına baş çəkib, bölgələrin qonaqpərvərlik ənənələri, turizm məhsulları və təklif olunan təcrübələrlə yerində tanış olublar.

Tanışlıq səfəri hər iki rayonun turizm imkanlarının ATAA nümayəndələrinə daha yaxından tanıdılması və gələcək əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyət daşıyıb.

Qeyd edək ki, qarşıdakı dövrdə yerli turizm sənayesi nümayəndələri üçün Azərbaycanın digər regionlarına da tanışlıq səfərlərinin təşkili nəzərdə tutulur.