• USD 1.7
  • 20 °C
|

Slovakiya-Azərbaycan Turizm və Spa Sənayesi Forumu keçirilib

12 October 2026
img

Tədbirdə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvlərinə

Slovakiyanın turizm və spa sənayesinin aparıcı nümayəndələri tərəfindən müxtəlif təqdimatlar nümayiş olunub.

Təqdimatlar zamanı Slovakiyanın turizm potensialı, spa və sağlamlıq turizmi sahəsində mövcud imkanları, eləcə də bu istiqamətlər üzrə təqdim olunan xidmətlər barədə məlumat verilib. ATAA üzvləri həmçinin Slovakiyanın turizm məhsulları ilə tanış olub, onların Azərbaycan turizm bazarı üçün mövcud imkanları dəyərləndirilib.

Bununla yanaşı forum çərçivəsində ATAA üzvləri ilə Slovakiyanın turizm və spa şirkətlərinin nümayəndələri arasında B2B görüş təşkil olunub. Görüşlər zamanı turizm və spa sənayesi sahəsində işgüzar əlaqələrin qurulması, qarşılıqlı əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və iki ölkə arasında turist mübadiləsinin inkişaf etdirilməsi müzakirə olunub.

B2B görüşlər zamanı həmçinin tərəflər arasında mümkün əməkdaşlıq istiqamətləri, turizm məhsullarının qarşılıqlı tanıdılması və gələcək tərəfdaşlıq əlaqələrinin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.