• USD 1.7
  • 31 °C
|

ATAA-nın Gəlmə Turizm Komitəsi fəaliyyət planını müzakirə edib

29 July 2026
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Gəlmə Turizm Komitəsinin növbəti iclası keçirilib.

ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovun iştirakı ilə baş tutan görüşdə 2026-cı ilin ikinci yarımilliyi və 2027-ci ilin birinci yarımilliyi üzrə fəaliyyət planına daxil edilən prioritet məsələlər, eləcə də ölkəyə gəlmə turizminin inkişafına töhfə verəcək yeni təşəbbüslər müzakirə olunub.

İclasda mehmanxana və hotel kompleksləri, muzey və qoruq idarələri, yerüstü və hava nəqliyyatı xidmətləri göstərən qurumlarla iş birliyinin genişləndirilməsi məqsədilə işgüzar görüşlərin təşkili, birgə layihələrin həyata keçirilməsi və səmərəli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması ilə bağlı təkliflər müzakirə olunub.

İclasda həmçinin, ATAA nümayəndələri ilə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun nümayəndələri arasında məhsuldar görüş keçirilib. Görüş zamanı qoruğun turizm imkanları, ziyarətçilər üçün təqdim olunan xidmətlər və gəlmə turizmi baxımından əməkdaşlıq perspektivləri müzakirə edilib.

Bununla yanaşı qoruğa gələn yerli və xarici turistlərin sayının artırılması, mədəni irs obyektlərinin turizm marşrutlarına daha geniş şəkildə inteqrasiyası və ATAA-ya üzvü olan turizm şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.