• USD 1.7
  • 10 °C
|

ATAA Tacikistanın turizm qurumları ilə əlaqələri genişləndirir

17 March 2026
img
Tacikistan Respublikasının turizm qurumları ilə ATAA arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon arasında baş tutan ikitərəfli görüşdə müzakirə olunub.
Görüşdə Göydəniz Qəhrəmanov ilk olaraq səfir İlhom Abdurahmona Assosiasiyanın ölkə turizminin təbliği və təşviqində,eləcə də inkişafındakı rolu və üzvlərin fəaliyyəti haqqında ətraflı məlumat verib. Müzakirələr zamanı ATAA-nın həm gəlmə, həm də getmə turizmi ilə məşğul olan üzv şirkətləri üçün yeni istiqamətlərin açılmasının əhəmiyyətinə toxunan Assosiasiya sədri turist cəlbediciliyi baxımından ölkənin mövcud turizm istiqamətlərinin və məhsullarının yeni turizm bazarlarında tanıdılmasında ATAA-nın maraqlı olduğunu bildirib. O, iki dost ölkə arasında turizmin inkişafının xalqlarımız arasında möhkəm bağların formalaşmasına töhvə verdiyini vurğulayıb.
Səfir İlhom Abdurahmon öz növbəsində Tacikistanın turizm potenisalı,turizm məhsulları və marşurutları,turizm qurumları ilə əməkdaşalıq imkanları haqqında məlumatları ATAA sədrinin diqqətə çatdırıb. Diplomat, ölkəsinin Azərbaycanla digər sahələrdə olduğu kimi turizm sektorunda da əlaqələrin inkişafının artan templər üzərində qurulmasına büyük önəm verdiyini qeyd edib. O, bu istiqamətdə səfirliyinin hər zaman lazımı dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Görüş çərçivəsində birgə layihələrin hazılanması, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, tanıtım məqsədli qarşılıqlı infoturların təşkil, B2B formatlı görüşlərin keçirilməsi, o cümlədən qurumlar arasında kommunikasiya əlaqələrinin inkişafı, təcrübə mübadiləsinin aparılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı aprel ayında Tacikistanın turizm nümayəndələrinin Azərbaycana nəzərdə tutulan tanışlıq səfəri, ATAA üzvləri il görüşün təşkil olunması,həmçinin Tacikistanda keçirilən turizm sərgilərində ATAA üzvlərinin iştirakı ilə bağlı məsələlər müzakirə olunub.