• USD 1.7
  • 7 °C
|

ATAA-nın Gəlmə Turizm Komitəsinin 2025-ci ilin yekunlarına dair iclası keçirilib

29 December 2025
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Gəlmə Turizm Komitəsinin 2025-ci ilin yekunlarına dair iclası keçirilib

İclasda komitə üzvləri 2025-ci ilin gəlmə turizmi sahəsində əldə olunan nailiyyətlər, tərəfdaşlarla aparılan səmərəli görüşlər, 2026-cı ildə xüsusi önəm daşıyan bazarlarda fəaliyyətin intensivləşdirilməsi və uğurlu təşviqqat işlərinin aparılması, eləcə də turist axınının artırılması və çoğrafiyasının genişləndirilməsi, mövcud turizm bazarlarının möhkəmləndirilməsi, qarşılıqlı fayda verə biləcək yeni ölkələrin araşdırılması və əməkdaşlıq imkanlarının formalaşması ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin, Azərbaycanda fəaliyyət göstərən muzey-qoruq mərkəzləriylə,hotellərlə və nəqliyyat daşıma xidmətləri ilə növbəti il üçün iş planının geyd olunması və görüşlərin təşkili müzakirə edilib.

Toplantı çərçivəsində komitə üzvləri gəlmə turizmin davamlı inkişafı məqsədilə turizm yönümlü gurumlarla əməkdaşlığın gücləndirilməsini və birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb, turizm məhsullarının rəqabət qabiliyyətli, xidmət keyfiyyətinin qorunması və turist məmnuniyyətinin təmin edilməsi baxımından balanslı yanaşmanın tədbiqinin vacibliyini qeyd ediblər.