• USD 1.7
  • 19 °C
|

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının yeni üzvlərinə sertifikatlar təqdim olunub

9 October 2025
img
Tədbirdə iştirak edən ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov yeni üzvlərə Assosiasiyanın fəaliyyət istiqamətləri, İdarə Heyətinin tərkibi, tabeliyindəki komitələrin və komissiyaların iş prinsipi və üzvləri haqqında ətraflı məlumat verib.
ATAA sədri çıxışı zamanı həmçinin Assosiasiyanın həyata keçirdiyi işlər, əldə olunan nailiyyətələr, o cümlədən dövlət qurumları, xarici səfirliklər və turizm təşkilatları ilə qurulan əməkdaşlıq əlaqələrinin inkişafı haqqında danışıb, üzvləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıb, görülən tədbirlərə dair fikirlərini bölüşüb.
Müzakirələr zamanı yeni üzvlər turizm sektorundakı fəaliyyətləri haqqında məlumat verib, təkliflərlə çıxış ediblər.
Görüş çərçivəsində Göydəniz Qəhrəmanov yeni üzvləri turizmin inkişafında və Assosiasiyanın gələcək fəaliyyətində aktiv iştirak etməyə çağırıb.
Sonda ATAA sədri yeni üzvləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar və müvəffəqiyyətlər arzulayıb.