• USD 1.7
  • 23 °C
|

ATAA üzləri Şamaxı, Ağsu, İsmayıllı rayonlarına səfər edib

9 September 2025
img

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün Şamaxı, Ağsu, İsmayıllı rayonlarına infotur təşkil olunub.

İnfoturun məqsədi region üzrə turizm baxımından əhəmiyyətli hesab edilən ərazilərin destinasiya kimi tanıdılması, regionda yerləşən tarix-mədəniyyət abidələrinin, həmçinin regionun flora və faunasının, yerli mətbəx nümunələrinin nümayiş etdirilməsidir.

İnfotur çərçivəsində ATAA nümayəndələri Şamaxı Cümə Məscidi, Yeddi Gümbəz Türbələri, Dəmirçi kəndi, Orta Əsr Ağsu Şəhərciyi, eləcə də  İvanovka kəndi və Lahıc Qəsəbəsi ilə yaxından tanış olublar.