Azərbaycan Tarixi

Təqribən 5 min illik dövlətçilik tarixinə malik Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə sahib olan xalqlarındandır. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl yaranmağa başlamışdır. Eramızdan əvvəl I minillikdə - eramızın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Atropatena və Albaniya kimi güclü dövlətlər mövcud olmuş, bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.

Eramızın əvvəllərində - III əsrdə Azərbaycan Sasani imperiyasının, VII əsrdə isə Ərəb xilafətinin tərkibinə daxil edilmişdir. VII əsrdə islam dininin qəbul olunması  Azərbaycanın tarixi müqəddəratında və xalqın taleyində əsas hadisələrdən biri olmuşdur. İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan vermis ,türk və digər etnoslar arasında dini birliyin yaranmasına onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb olmuşdur.

IX əsrin ortalarından Azərbaycanda yeni siyasi dirçəlişin başlanması ilə  Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Eldənizlər dövlətləri yaranıb  və bunun  nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş vermişdir. XV-XVIII əsrlərdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşir və bu dövrdə yaradılan şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar dövlətləri bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunmuşdur. XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoymuşdur .Ağqoyunlu  hökümdarı Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirərək paytaxtı Təbriz şəhəri olmaqla Səfəvi dövlətini yaratmışdır. 

 

                                                                           BÜTÖV AZƏRBAYCAN OCAQLARI


Səfərvilər Dövlətinin Xəritəsi


Səfəvilərin hakimiyyəti dövründə Azərbaycan türkcəsi dövlət dili elan olunmuş, Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli dövlətlərindən birinə çevrilmişdir.Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736-1747) keçmiş Səfəvi dövlətinin sərhədlərini daha da genişləndirmişdir.Nadir şahın ölümündən sonra XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə - xanlıqlara parçalanmışdır. XVIII əsrin sonunda türk sülaləsi olan Qacarlar İranda hakimiyyətə gələrək  Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etməyə başlamışdır. Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Çar Rusiyası arasında uzun sürən müharibələr dövrü başlamışdır. Nəticədə iki imperiya arasında Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri imzalanmışdır. Buna əsasən Azərbaycan iki imperiya arasında bölüşdürülərək Şimali Azərbaycan Çar Rusiyasına, Cənubi Azərbaycan isə Qacarların idarə etdiyi İrana daxil edilmişdir.


         GÜLÜSTAN  VƏ TÜRKMƏNÇAY MÜQAVİLƏLƏRİ NƏTİCƏSİNDƏ BÖLÜNƏN AZƏRBAYCAN ƏRAZİLƏRİ

 

Gülüstan və Türkmənçay müqavilələri nəticəsində bölünən Azərbaycan

 

Həmin dövrdən etibarən Azərbaycan torpaqlarına, xüsusən Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köçürülməyə başlanılmışdır. Çar Rusiyası 1836-cı ildə müstəqil Alban xristian kilsəsini ləğv etmiş və onu erməni Qriqorian kilsəsinin tabeçiliyinə vermişdir. 


                                                           AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ
 

Azərbaycan Xalq Cümhuriyyətinin Qurucuları


1918-1920-ci illərdə  yaradılan 23 ay ərzində mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşmüşdür.


AZƏRBAYCAN SOVET HAKIMIYYƏTI ILLƏRINDƏ


1920-ci ilin aprelin 28-də bolşevik hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etmiş və həmin gün Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan olunmuşdur. Sovet İttifaqı dövründə Zəngəzurun, Göyçənin, Naxçıvanın bir hissəsinin və digər rayonların Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə 114 min kv.km-ə bərabər olan ərazisi 86,6 min kv.km-ə qədər azaldılmışdır. Bundan başqa, 1923-cü il iyulun 7-də bolşevik liderlərin təşəbbüsü ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılımışdır. Sovet hakimiyyəti illərində Azərbaycanın sürətli inkişafının və İttifaq miqyasında qabaqcıl respublikaya çevrilməsinin təməli 1969-cu il iyulun 14-də Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi ilə qoyulub.


                                                            HEYDƏR ƏLİYEV SOVET DÖVRÜNDƏ

 

Heydər Əliyev Sovet İllərində


Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə iqtisadiyyatın bütün sahələrində mühüm irəliləyişlər əldə edilmiş, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrılmışdır.1970-1985-ci illərdə ölkədə 213 iri sənaye müəssisəsi işə salınmış, Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilmişdir. Görülən böyük işlər nəticəsində Azərbaycan SSRİ məkanında qabaqcıl sənaye, kənd təsərrüfatı və mədəniyyət respublikasına çevrildi.

                                   Azərbaycan müstəqillik dövrü və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi.



Dağlıq Qarabağ - Xəritə


Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Dağlıq Qarabağ ümumilikdə Qarabağın bir hissəsidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamışdır.1987-89-cu illərdə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulmuş, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilmış, 1154 nəfər isə yaralanmışdır. 20 fevral 1988-ci ildə DQMV-nin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə keçirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etmişlər. 30 avqust 1991-ci ildə Azərbaycanın Ali Soveti dövlət müstəqilliyinin bərpasını elan etmiş. 18 oktyabr 1991-ci ildə isə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur , Azərbaycan dövlət müstəqilliyini yenidən qazanmış və özünü Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan etmışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri bərpa edilmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi, hakimiyyət uğrunda daxili çəkişmələr, iqtisadiyyatın çökməsi ölkəni xeyli zəiflətmişdir.Bunun fonunda 26 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi haqqında” Qanun qəbul etmiş , 1991-ci ilin sonu-1992-ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlamışdır.

Xocalı Soyqırımı - Ağlayan uşaq


1992-ci ilin fevral ayında Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın törədilmiş,Xocalı soyqırımı kimi tanınmış bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi yaxud əsir düşməsi ilə nəticələnmiş, şəhər yerlə-yeksan edilmişdir.1992-ci ilin may ayında Şuşa şəhəri və Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Laçın rayonu işğal edilmişdir. 

                                                                                ŞUŞA ŞƏHƏRİ

Şuşa şəhəri


1993-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı daha altı rayonunu – Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etmişlər.

                                                                                  HEYDƏR ƏLİYEV

Heydər Əliyev

Ölkənin  ağır dövründə 1993-cü il iyunun 15-də Heydər Əliyev  Azərbaycana gələrək Azərbaycan Respublikası Ali Sovetinin Sədri, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidenti  seçilmiş  və ölkəni bu çətin vəziyyətdən çıxartmaq üçün   ilk növbədə  1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs elan olunmasına nail olmuşdur .Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon - Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal olunmuşdur.Münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşmüş, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olmuş və 50 min nəfər əlil olmuşdur. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşmüşdür. BMT tərəfindən Erməni silahlı birləşmələrinin  işğal olunmuş ərazilərdən çıxarılmasına dair 4 qətnamə qəbul edilsə də Ermənistan tərəfi buna hələ də məhəl qoymamaqdadır.


Amma bütün bunlara baxmayaraq bu gün Azərbaycan müharibə şəraitində ola-ola Cənubi Qafqazın lider ölkəsinə çevrilmiş,dünya birliyində layiqli yerini tutmuş, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazanmışdır.Öz iqtisadi göstəricilərinə görə sürətlə inkişaf edən ölkələr sırasında yer almışdır. 


                                                                                  İLHAM ƏLİYEV

İlham Əliyev
2003-cü il dekabrın 12-də Prezident  Heydər Əliyevin vəfatından sonra  ölkəyə rəhbərliyi  preziden İlham Əliyev həyata keçirir.Prezident İlham Əliyev Azərbaycanın tarixində modernləşməyə və islahatlara meyilli dövlət başcısı olaraq tanınır.