• USD 1.7
  • 12 °C
|

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin toplantısı keçirilib

1 Mart 2023
img

 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin toplantısı keçirilib.

Toplantıda İdarə Heyətinin üzvləri Assosiasiyanın gördüyü işlər və həyata keçirdiyi görüşlər barəsində məlumatlandırılıb, eyni zamanda qurumun gələcək planları haqqında fikir mübadiləsi aparılıb.

İclasda həmçinin üzv  şirkətlər üçün işğaldan azad olunan ərazilərə infoturların təşkili, şirkətlər arasında etik davranış qaydalarına riayət edilməsi, eləcə də hotellərlə əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.

Toplantı çərçivəsində quruma yeni üzvlər də seçilib. Belə ki, Assosiasiyaya ünvanlanan müraciətlərə əsasən 16 şirkətin üzvlüyü qəbul edilib və şirkətlərin ümumi   sayı 147-ə çatdırılıb.

Keçirilən görüşdə həmçinin qurumun nəzdində fəaliyyət göstərəcək böyük təcrübəyə sahib olan turizmçilərdən ibarət Turizm Veteranları Komitəsi də  yaradılıb.

Yeni üzvlərin siyahısı:

        Tek Travel and Tourism

        Selena Tour

        BF Travel and Tourism

        AG Travel

        Monte Napoleone Travel

        Tour Expert and Travel

        Librety Azerbaijan

        Zeyn Travel

        Ra Miles Travel

        Hi Travel

        Amazon Travel Club

        SunTour Azerbaijan

        Premium Travel

        Yusi Ko Travel

        Orbit Group

        Sulh Travel

Turizm Veteranları Komitəsinin üzvləri

        Müzəffər Ağakərimov

        Abbasqulu Məmmədov

        Fuad Rəsulov

        Aleksandr Quliyev

        Əlixan Mürvətov