Azərbaycan Turizm Agentlikləri Assosiasiyası xəbərdarlıq edir

 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İtaliyanın “Amanda Tour” turoperatoru ilə birgə fəaliyyət göstərən Azərbaycanın turizm şirkətlərinə bir müddət əməkdaşlığı dayandırmağı tövsiyə edir.

Buna səbəb bir neçə gündür dünya mediasında şirkətin öz müştəriləri qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi, sosial şəbəkələrdə “Amanda Tour”un xidmətlərindən istifadə edən turoperatorların və turistlərin müxtəlif problemlərlə üzləşməsi və şirkətin iflasa uğramaq təhlükəsi ilə qarşılaşmasıdır.

O baxımdan Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Azərbaycanda fəaliyyət göstərən turoperatorlara “Amanda Tour” şirkətinə sifarişlər verməyi bir müddət dayandırmağı, öncədən verilmiş sifarişləri və bronları birbaşa olaraq hotellərlə dəqiqləşdirməyi tövsiyə edir.