• USD 1.7
  • 30 °C
|

Yerli turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub

4 Avqust 2026
img

Azərbaycan Turizm Bürosu tərəfindən yerli turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna infotur təşkil olunub.

Şəki, Zaqatala və Qax rayonlarını əhatə edən infoturun əsas məqsədi regionun turizm imkanları, mədəni-tarixi irsi, təbii turizm potensialı, yerli turizm obyektləri və müxtəlif turizm məhsulları barədə yerli turizm sənayesi nümayəndələrini məlumatlandırmaq olub.

31 ATAA üzvünün də qatıldığı 50-yə yaxın sənaye nümayəndəsinin iştirakı ilə baş tutan infoturda regionun turizm imkanlarının daxili və beynəlxalq təbliğatını aparmaq, turistik səfərlərin təşkil edilməsi və bu sahədə əməkdaşlıqların genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.