Assosiasiyaya üzv olmaq üçün ictimai qurumun İdarə Heyəti tərəfindən müəyyən edilmiş üzvlüyə namizədlik standartları mövcuddur.
Fiziki şəxslər üçün şərtlər və qaydalar:
Üzvlüyə namizəd ölkənin turizm, mədəniyyət, ictimai-sosial və idman sahəsində minimum 1 illik aktiv fəaliyyəti ilə seçilən şəxs olmalıdır.
Üzvlüyə namizədin sosial şəbəkələrdə aktiv və qüsursuz fəaliyyəti olmalıdır.
Namizədliyi irəli sürülən fiziki şəxsin turizm xidmətlərinin göstərilməsi ilə bağlı kommersiya yönümlü fəaliyyəti olmamalıdır