Assosiasiyaya
üzv olmaq üçün ictimai qurumun İdarə Heyəti tərəfindən müəyyən edilmiş üzvlüyə namizədlik standartları mövcuddur:
Assosiasiyaya
yalnız hüquqi şəxslərin namizədliyi qəbul edilir.
Namizədliyi irəli sürülən şirkətin rəsmi işçilərinin sayı 3 nəfər və stabil fəaliyyət müddəti minimum 1 il olmalıdır.
Üzvlüyə namizədlərin sosial şəbəkələrdə aktiv və qüsursuz fəaliyyəti olmalıdır.
Müasir standartlara uyğun maddi texniki baza və ofis təchizatı olmalıdır.
Azərbaycan Sosial İqtisadi Bazarında yüksək qiymətləndirilən fəaliyyəti olmalıdır.
Şirkətin açıq və şəffaf şirkət kapitalizasiyası və vergi strategiyası olmalıdır.
Namizədlərin
Assosiasiyaya
üzv seçilməsi İdarə Heyətinin iclaslarında müzakirə edilir və son qərar İdarə Heyəti tərəfindən verilir.
Assosiasiyaya
üzv olmaq üçün turizm şirkətləri üzvlük haqqında müraciət ərizəsini, üzvlüyə namizədlik formasını müvafiq olaraq doldurmalı və üzvlük üçün tələb olunan digər sənədlərlə birgə Assosiasiyanın Bülbül pr 14 ünvanında yerləşən ofisinə təqdim etməlidir.
Bunun
üçün ataa.az web səhifəsinin “üzv ol” bölməsinə keçid edərək əlavədə (Üzvlük sənədlərinin siyahısı) daxil olmaqla üzvlüklə bağlı sənədləri endirə bilərsiniz.
Bunun
üçün ataa.az web səhifəsində “üzvlərimiz” bölməsinə keçid edərək üzvlərin siyahısı ilə tanış ola bilərsiniz.