• USD 1.7
  • 5 °C
|

Getmə Turizm Komitəsi üzvləri üçün növbəti Açıq Qapı günü keçirilib

31 Yanvar 2026
img

Getmə Turizm Komitəsi üzvləri üçün növbəti Açıq Qapı günü keçirilib.

Görüş zamanı turoperatorlarla iş birliyinin gücləndirilməsi, mövcud və yeni istiqamətlər üzrə turizm fəaliyyətlərinin inkişafı, tərəfdaşlarla qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi,o cümlədən səfirliklərlə əməkdaşlığın genişləndirilməsi, viza prosedurlarında yaranan çətinliklər və onların aradan qaldırılması yolları diqqət mərkəzində olub.

Açıq qapıda həmçinin yerli və xarici aviadaşıyıcılarla birgə fəaliyyət imkanları, yeni turizm bazarlarına çıxış perspektivləri və bu istiqamətdə görülə biləcək tədbirlər, demping hallarına qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin yekununda üzv şirkətlərin qaldırdığı məsələlər və səsləndirilən təkliflərin Getmə Turizm Komitəsi tərəfindən İdarə Heyətinə təqdim olunacağı və bu istiqamətdə müvafiq addımların atılacağı bildirilib.