• USD 1.7
  • 24 °C
|

ATAA üzvləri Rusiyanın turizm şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə edib

9 İyun 2026
img

Azərbaycan Turizm Bürosunun Rusiya Federasiyasının aparıcı turizm sənayesi nümayəndələri üçün təşkil etdiyi tanışlıq səfəri çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nümayəndələri üçün B2B görüş keçirilib.

Görüşdə iş birliyinin genişləndirilməsi, əməkdaşlıq mexanizmlərinin qurulması və turizm məhsullarının qarşılıqlı tanıdılması, birgə turizm layihələrinin formalaşdırılması, iki ölkənin turistləri üçün mövcud və potensial turizm marşrutları üzrə turpaketlərin hazırlanması müzakirə olunub.

Həmçinin əməkdaşlıqda uyğun qiymət siyasətinin formalaşdırılması, qrup turlarının təşkili, birgə təbliğat kampaniyalarının keçirilməsi və qarşılıqlı infoturların keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.