• USD 1.7
  • 23 °C
|

ATAA-nın İdara Heyətinin sədri turoperatorlarla görüşüb

5 Sentyabr 2025
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov turizm sektorunda fəaliyyət göstərən aparıcı turoperatorlarla görüş keçirib.

Görüşdə son dövrlərdə ATAA üzvləri olan turoparatorlarla turizm agentlikləri arasında qurulan əməkdaşlıqda yaranan çətinliklər, turoperatorlar arasında sağlam rəqabətin təmin olunması və turizm sahəsininin inkişaf prespektivləri kimi məsələlər müzakirə olunub.

Bununla yanaşı turizm sənayesinin davamlı inkişafı üçün sektor daxilində şəffaflığın, məsuliyyət və qarşılıqlı etimadın gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Görüşdə həmçinin turoperatorlar arasında iş birliyinin daha sıx qurulması və etibarlı əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Toplantının sonunda turoperatorların rəy və təklifləri dinlənilib, mövcud problemlərin həlli məqsədilə işçi qrupunun formalaşdırılması barədə təklif hazırlanaraq baxılması üçün İdarə Heyətinə təqdim edilib.