Azərbaycanla İran arasında turizm əlaqələri genişləndirilir

photo

Fevralın 15-də İranın Tehran şəhərində 13-cü Tehran Beynəlxalq Turizm Sərgisi çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə İran Hava Nəqliyyat və Turizm Agentlikləri Assosiyasıyası arasında əməkdaşlıq sazişi imzalanıb.

Sənəddə İran və Azərbaycanın turizm sahəsində əməkdaşlığının artırılıması, turizm şirkətləri üçün qarşılıqlı səfərlərin təşkil edilməsi və info turların keçirilməsi kimi məsələlər öz əksini tapıb.

Bununla yanaşı  sazişdə turizm sənayesinin inkişaf etdirilməsi üçün B2B formatlı görüşlərin təşkil edilməsi, turizm xidmətlərinin keyfiyyətinin artırılması və müalicə-sağlamlıq turlarının təşkil edilməsi yer alıb.