Azərbaycanla Çin arasında turizm əlaqələri genişləndirilir

photo

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Çinin Сunçin şəhərinin Çin-Azərbaycan ticarət palatasının sədri ilə görüş keçirib.

Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi və birgə əməkdaşlığa dair bir sıra  məsələlərə toxunulub.

Görüş zamanı Azərabycana səfər edən çinli turistlərin  sayının artırılması üçün təkliflər səsləndirilib.

Eyni zamanda iki ölkə arasında birbaşa aviareyslərin təşkili, ölkənin turizm məhsullarının çinli turistlərə tanıdılması, xidmət keyfiyyətinin artırılması, onların səfər zamanı  sığortalanması  məsələləri də müzakirə olunub.

Məlumat üçün bildirək ki Çinin Сunçin şəhəri  ərazisinə görə ölkənin 4 ən böyük şəhərlərindən biridir. Əhalisinin sayı isə 33 milyon nəfərdir.