Azərbaycan
və Birləşmiş Ərəb Əmirlikləri istiqamətində aviauçuşların təşkili və
intensivliyin artırılması məsələləri Azərbaycan Turizm Agentlikləri
Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Air Arabia hava
yolları şirkətinin Baş Regional Meneceri Nikolas Kehdi və şirkətin Bakı nümayəndəliyinin rəhbəri Zöhrab Əliyev
arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.
Görüşdə
Assosiasiyanın fəaliyyəti haqqında ətraflı məlumat verən Göydəniz Qəhrəmanov Yaxın
Şərq regionunun, xüsusi ilə Birləşmiş Ərəb Əmirliklərininüzv şirkətlər üçün əsas hədəf bazarlarından biri
olduğunu, bu istiqamətdə fəaliyyətin genişləndirilməsi üçün əməkdaşlıq
əlaqələrinin inkişafının vacibliyini qeyd edib. ATAA sədri 2023-cü ildə Azərbaycan və Birləşmiş Ərəb
Əmirlikləri arasında viza rejiminin aradan qaldırılmasının mühüm hadisə
olduğunu və bu addımın turist səfərlərinə müsbət təsir göstərdiyini bildirib. Müzakirələr
zamanı Göydəniz Qəhrəmanovcari
ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana 16 minə yaxın şəxsin səfər etdiyini və ötən ilin analoji
dövrü ilə müqayisədə 100 faiz artıma nail olunduğunu diqqətə çatdırıb.
Hazırda Air Arabia vasitəsi ilə həftədə Əbu Dabi istiqamətinə 10, Şarca istiqamətinə isə 4 dəfə
olmaqla uçuşların həyata keçirildiyini qeyd edən hava yolları şirkətinin Baş Regional Meneceri Nikolas Kehdi
turist cəlbediciliyi baxımından Azərbaycanla əməkdaşlığa böyük önəm
verdiklərini deyib. O,Air Arabia şirkətinin 110 yeni təyyar aldığını və mövcud təyyarə
parkının genişləndirildiyini diqqətə çatdırıb.Aviaşirkət rəsmisi gələcəkdə Azərbaycan
üzrə uçuşların intensivliyi baxımından reyslərin sayının artırılması məsələsinə
də baxıla biləcəyini bildirib.
Görüş çərçivəsində həmçinin qarşılıqlı turist səfərlərinin sayının
artırırlması, digər ölkələrə tranzit uçuşların təşkili, birgə iş birliyinin
yaradılması, B2B formatlı görüşlərin keçirilməsi, eləcə də üzv şirkətlər üçün
uyğun qiymət siyasətinin formalaşdırılması, operativ kommunikasiya əlaqələrinin
qurulması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.