ATAA və AHA işgüzar görüş keçirib

Photo

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və Azərbaycan Hotellər Assosiasiyası işgüzar görüş keçirib

İyunun 11-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və Azərbaycan Hotellər Assosiasiyasının (Azerbaijan Hotel Association) işgüzar görüşü baş tutub.

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, müqavilə və vergi məsələləri, qiymətlərin müəyyən olunması, tənzimlənməsi müzakirə olunub.

Həmçinin turistlərin qrup şəkilində qeydiyyatlarının aparılması prosseduru, tərəflərin üzərinə düşən öhdəliklər və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Müzakirələrdə hotellərdə xidmət keyfiyyətinin yüksəldilməsi, məlumat mübadiləsinin aparılması kimi məsələlərə də toxunulub.

Toplantı iştirakçılarını maraqlandıran suallar və tövsiyələr dinlənilib, çatışmazlıqların aradan qaldırılması üçün müvafiq standartların işlənib hazırlanması təklif olunub.

Sonda tərəflər əməkdaşlığa dair niyyət protokolu imzalayıblar.