• USD 1.7
  • 22 °C
|

ATAA üzvləri üçün Qaradəniz bölgəsinə infotur təşkil olunub

21 Aprel 2025
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və Zakher Travel şirkətinin təşkilatçılığı və TURSAB Şərqi Qaradəniz Bölgə Müdürlüyünün dəstəyi ilə ATAA üzvləri üçün Türkiyədə keçirilən “Turizm həftəsi” çərçivəsində Qaradəniz bölgəsinə infotur təşkil olunub.

17-20 aprel tarixlərini əhatə edən infotur zamanı ATAA üzvləri Trabzon və Rize şəhərlərinin tarix və mədəniyət abidələrini, bir sıra hotellərini, həmçinin Uzungöl, Ayder yaylası kimi turistik məkanlarını ziyarət edib, bölgənin turizm potensialı və xidmətləri ilə yaxından tanış olublar.

Səfər zamanı həmçinin ATAA üzvləri ilə Qaradəniz bölgəsi üzrə fəaliyyət göstərən turizm nümayəndələri ilə görüş keçirilib, əməkdaşlıq inkanları ümzakirə olunub.

Qeyd edək ki, may ayının 12-dən Trabzon istiqamətinə olan uçuşların sayı həftədə 5-ə çatdırılacaq.